Artetadan çempionluq yarışı ilə bağlı açıqlama

20:08 - 24 Aprel 2026

"Arsenaı"ın baş məşqçisi Mikel Arteta çempionluq yarışı barədə danışıb.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis güclərini ortaya qoymalı olduqlarını deyib:

"Nə olacağını bilmirik. Bir çox fərqli ssenarini dəyərləndiririk. Vəziyyətə görə fərqli şeylər düşünə bilirik. Amma hazırda etməli olduğumuz yeganə şey bütün gücümüzü ortaya qoymaqdır. Sabahdan etibarən qarşıdakı beş oyun başlayır. Meydanda sahib olduğumuz hər şeyi göstərməli və istədiyimiz nəticələri əldə etməliyik".

Qeyd edək ki, İngiltərə Premyer Liqasında 33 turdan sonra "Mançester Siti" və "Arsenal" 70 xal toplayıb.

Xəbər xətti