AFFA-nın vitse-prezidentindən Mətbuat Şurasının sədrinə cavab - "Çempion olan komandanın adı dəyişib "Qarabağ" olsun"

19:37 - 23 Aprel 2026

Ölkə kubokunun yarımfinal mərhələsinin  "Sabah" - "Qarabağ" (2:1) matçında yaşananlar ciddi müzakirələrə səbəb olub. Əksəriyyət "Qarabağ"a qarşı hakim səhvlərinin olması fikrindədir. Baş verənlərlə bağlı Mətbuat Şurasının sədri Rəşad Məcid "facebook" sosial şəbəkəsində paylaşım edib:

"Sabah”ın çempion olması və ya kuboku qazanması, avrokuboklarda uğur əldə etməsi kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola bilər, amma onların uğurlarının  “Qarabağ” kimi geniş rəğbət və həyəcan yaratması mümkünsüzdür.

“Qarabağ”ın Avropada uğurlarının yaratdığı sevinc təkcə futbolçuların əzmkar oyunuyla deyil, həm də komandanın adıyla bağlıydı. Torpaqlarımız işğal altında olanda, çıxılmazlıq, məyusluq dövründə “Qarabağ”ın uğurları həm də əzilən qürurumuzun dirçəlməsi, azacıq da olsa özünəgüvənin bərpası idi. Avropanın məşhur klublarıyla cəngə çıxan “Qarabağ”ın adı ətrafında müzakirələr həm də siyasi, diplomatik divident idi.

Zəfərimizdən sonrakı illərdə oyunçularda və azarkeşlərdə əvvəlki entuziazmın azalması təbiidir. 

Sabah bu həyəcanı “Sabah” adlı bir komandanın yarada və yaşada biləcəyi inandırıcı görünmür.

“Araz”, “Turan”, “Zəngəzur”, “Göyçə”, “Kəpəz” adları daha çox emosiya yaradardı.Məşqçisi, oyunçuları, bütün texniki heyəti ilə “Qarabağ” bir əfsanə idi".

Bu paylaşıma AFFA-nın vitse-prezidenti Balakişi Qasımovun rəyi maraqlı olub:

"Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” olsun? O zaman həm hisslər yerində olar, həm də siyasət".

Xəbər xətti