"Kəpəz" akademiyasının üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalanıb.
Sportal.az xəbər verir ki, hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
16 yaşlı Raul hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.
saytlarin hazirlanmasi
