"Liverpul"un yarımmüdafiəçisi Dominik Şoboşlai müqavilə müddətinin artırılması ilə bağlı danışıqların gedişatı barədə danışıb.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, macar futbolçu məsələ haqda bunları deyib:
"Hazırda müqavilə ilə bağlı danışıqlarda heç bir irəliləyiş yoxdur. Tamamilə qarşıdakı oyunlara diqqət yetirirəm. Hazırkı müqaviləm 2028-ci ilə qədərdir və hər həftə çox çalışmaq niyyətindəyəm, bunu zaman göstərəcək. Əlbəttə, bu klubdakı gələcəyimə sadiqəm, amma hazırda verəcəyim qərar təkcə məndən asılı deyil. Burada xoşbəxtəm, azarkeşlərin dəstəyini qiymətləndirirəm və ailəm özlərini rahat hiss edir".
25 yaşlı futbolçunun “Liverpul”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, 2023-cü ildə "Leyptsiq"dən İngiltərə klubuna keçib.
saytlarin hazirlanmasi
