"Mançester Siti" yetirməsini buraxmaq istəmir

12:48 - 19 Aprel 2026

İngiltərə millisinin üzvü Fil Foden “Mançester Siti”də qalacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, yarımmüdafiəçi "şəhərlilər"lə müqavilə müddətini 2030-cu il iyunun 30-na qədər artıracaq.

Hər iki tərəf tərəfdaşlığını davam etdirməkdə maraqlıdır.

25 yaşlı futbolçunun Mançester təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Klubun yetirməsi olan Foden 2017-ci ildən əsas komandada çıxış edir.

Xəbər xətti