"Bavariya" 40 yaşlı Manuel Noyerdən sonrakı dövr üçün qapıçı axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhənginin əsas hədəfi "Qalatasaray"da çıxış edən Uğurcan Çakırdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bavariya"nın qapıçı məşqçisi Mixael Rexner daha əvvəl Türkiyə millisində çalışıb və o, 30 yaşlı qolkiperin bacarıqlarına bələddir.
Münhen təmsilçisinin qapı xətti üçün digər namizədləri isə "Hoffenhaym"dan Oliver Baumann, "Hamburq"dan Daniel Hoyer Fernandes və "Köln"dən Marvin Şvabedir.
Qeyd edək ki, "Qalatasaray" Uğurcan Çakırı mövsümün əvvəlində "Trabzonspor"dan 27,5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 39 oyunda 39 qol buraxıb. Təcrübəli "əlcək sahibi" 14 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi
