"Barselona" yeni mövsüm öncəsi müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Deko və baş məşqçi Hansi Flik hesab edir ki, komandaya mütləq mərkəz müdafiəçisi lazımdır və bu məsələni DÇ-2026 başlamazdan əvvəl həll etməyə çalışacaqlar.
Çempionlar Liqasından kənarlaşdıqdan sonra katalonlar Alessandro Bastoni transferi üzrə danışıqları sürətləndirəcək və "İnter" ilə iyunun ortalarına qədər razılığa gəlməyə çalışacaq. Əks halda, klub alternativ variantlara yönələcək.
Məlumata görə, Bastoni özü “Barselona”nın marağına müsbət yanaşıb, lakin “İnter” çempionluğu rəsmiləşdirməyənə qədər danışıqların bir qədər gözlədilməsini xahiş edib.
“Barselona” müdafiəçi üçün bonuslar və digər əlavə ödənişlər nəzərə alınmadan 60 milyon avrodan aşağı məbləğ ödəməyi hədəfləyir.
saytlarin hazirlanmasi
