"Milan" almaniyalı hücumçu ilə bağlı qərar verdi

16:34 - 14 Aprel 2026

"Milan" "Vest Hem"dən icarəyə götürdüyü Niklas Füllkruqla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi almaniyalı hücumçunun transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məşqçilər korpusu Füllkruqun performansını bəyənməyib. Buna görə də klub 33 yaşlı forvard üçün 5 milyon avroluq satınalma bəndini işə salmayacaq.

Qeyd edək ki, "Milan" Niklas Füllkruqu bu ilin fevralında icarəyə götürüb. Almaniya millisinin üzvü "rossonerilər"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti