"Qarabağ"da ayrılıq olacaq - yeni klubu da məlumdur

09:55 - 11 Aprel 2026

Abdullah Zubir mövsümün sonunda "Qarabağ"da ayrılacaq.

Sportal.az xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb.

Fransalı vinger karyerasını Qətərdə davam etdirəcək. Zubir "Əl-Şahaniyə" klubu ilə razılığa gəlib. Komanda 12 komandanın iştirak etdiyi yüksək liqada 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Abdullah Zubiri 2018-ci ilin yayında "Lans"dan transfer edib. 34 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 355 rəsmi matçda 77 qol və 94 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti