Bernardo Silva mütləq rekordçu oldu

17:33 - 13 Aprel 2026

"Mançester Siti" İngiltərə Premyer Liqasının 30-cu turunda səfərdə "Çelsi"ni 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Londondakı matç qonaqların kapitanı Bernanrdo Silva üçün əlamətdar olub.

31 yaşlı hücumameyilli yarımmüdafiəçi İngiltərə çempionatında 297-ci oyuna çıxıb. Bu, portuqaliyalı futbolçular arasında rekorddur. Silva 296 görüşdə iştirak edən Luis Boa Morteni qabaqlayıb. Bu reytinqdə üçüncü yeri isə Kriştiano Ronaldo tutur - 236 oyun.

Qeyd edək ki, Bernardo Silva "Mançester Siti"nin heyətində Premyer Liqada meydana çıxdığı 45 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti