"Turan Tovuz"un kapitanı 100-ə çatdı

18:25 - 13 Aprel 2026

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun yubiley matçı çempionatın 27-ci turunda keçirilən "Sumqayıt"la matça təsadüf edib.

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti