"İmişli"ni "Turan Tovuz"a dəyişir - portuqaliyalı hücumçu üçün təzminat ödəniləcək

14:07 - 30 May 2026

Portuqaliyalı hücumçu Dioqo Almeyda “İmişli”dən ayrılacaq.

Sportal.az Futbolpress.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Turan Tovuz”la anlaşıb. Bölgə klubu forvard üçün “İmişli”yə təzminat ödəyəcək.

Yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq “Turan Tovuz” keçidi yaxın zamanda rəsmiləşdirəcək. Komandanın avrokuboklara vəsiqə əldə etməsi Almeydanın qərarında həlledici rol oynayıb.

Portuqaliyalı mərkəz hücumçusu 2025-ci ilin yayından “İmişli”də çıxış edirdi. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 26 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti