"Barselona" və "Atletiko"nun transfer mübarizəsi

19:55 - 29 May 2026

Bernardu Silva növbəti mövsümdən etibarən İspaniya çempionatında çıxış etməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Atletiko" və "Barselona" futbolçunu heyətinə qatmaq üçün artıq aktiv mübarizəyə başlayıb. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Silva mövsüm başa çatdıqdan sonra "Mançester Siti" ilə vidalaşıb. Portuqaliyalı yarımmüdafiəçi İngiltərə klubunda 9 il keçirərək klubun əfsanəsinə çevrilib və saysız-hesabsız kuboklar qazanıb. Lakin o, müqaviləni yeniləməmək qərarına gəlib. Azad agent statusu alan oyunçu yay transfer bazarının ən cəlbedici hədəflərindən birinə çevrilib.

Hər iki İspaniya klubunun nümayəndələri öz təkliflərini irəli sürmək üçün artıq 31 yaşlı yarımmüdafiəçinin düşərgəsi ilə əlaqə saxlayıblar. Hazırda "Barselona" və "Atletiko" arasında Bernardunu öz layihələrini seçməyə razı salmaq üçün ciddi mübarizə gedir.

Xəbər xətti