Millimiz Avropa çempionatına qələbə ilə başladı - VİDEO

18:23 - 28 May 2026

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Avstriya ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu İsa Atayev 36-cı dəqiqədə vurub.

Qeyd edək ki, F qrupunda mübarizə aparan millimiz mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.

Xəbər xətti