"Qarabağ" 8000 manat cərimələndi, "Neftçi"nin futbolçusuna 2 oyunluq cəza verildi

14:58 - 26 May 2026

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 2025/26 mövsümünün sonuncu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

22 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

22 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 86.3);

23 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 86.3);

23 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Neftçi” oyununun 65-ci dəqiqəsində “Neftçi” komandasının 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 1000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 44.1, 11.3, 19.2);

Xəbər xətti