"Qalatasaray" "Benfika"nın təklifini qəbul etmədi

17:46 - 25 May 2026

"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Portuqaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Benfika" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb.

Lissabon klubu Yunus üçün 17+2 milyon avroluq təklif göndərib. Türkiyə çempionu bu təklifi qəbul etməyib. "Benfika"nın 25 25 yaşlı ön xətt oyunçusu üçün İstanbul təmsilçisinə növbəti təklifi göndərəcəyi bildirilir.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü başa çatan mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti