Mauritsio Sarri ilə yollarıını ayırmağa hazırlaşan "Latsio"nun yeni baş məşqçisinin kim olacağı müəyyənləşib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Cennaro Qattuzo çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Paytaxt klubu italiyalı mütəxəssislə razılıq əldə edib. Qarşılakı günlərdə 48 yaşlı məşqçi ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Cennaro Qattuzonun son iş yeri bu ilin aprelində ayrıldığı İtaliya milli komandası olub.
saytlarin hazirlanmasi
