"Neftçi"yə keçəcəyi iddia edilən millimizin üzvü: "Təkliflərim var, hələ ki qərarımı verəmişəm"

14:18 - 25 May 2026

Azərbaycan milli komandasının müdafiəçisi Rüfət Abbasov Sportal.az saytına açıqlama verib. Adı “Neftçi” və Almaniya klubları ilə hallanan 21 yaşlı futbolçu “Şamaxı”dan ayrılacağını söyləyib:

"Şamaxı” ilə müqavilə müddətim bitdi. Bu komandadan 99 faiz ayrılacam. Allah qoysa, xeyirlisi olsun, görək də necə alınır. Burada olduğum müddətdə ən yaxşısına çalışmışam. Daim meydanda "Şamaxı" üçün mübarizə aparmışam. Yeni klubuma gəldikdə, doğrudur, təkliflərim var. Hələ ki qərarımı verməmişəm. Amma təbii ki, dəyərləndirəcəm. Mənim üçün nə xeyirlidirsə, o da olsun".

Milli komandanın Avstriyadakı toplanışına da cəlb edilmiş Abbasov San-Marino və Malta ilə yoxlama görüşlərində uğurlu nəticə üçün oynayacaqlarını deyib:

“Bəli, A milliyə dəvət edildim. Bunun üçün çox sevincliyəm. Əlimdən gələnin ən yaxşısını edəcəm ki, millimizə xeyir verim. Hər iki görüşdə də qələbələr qazanmağa çalışacağıq. A millini Millətlər Liqasında Litva və Lixtenşteynə qarşı matçlar gözləyir. Millətlər Liqasında uğurlu çıxış etmək istəyirik. Yaxşı komandamız var. Lixtenşteyn və Litva ilə görüşlərdə qalib gəlmək istəyirik ki, birinci yeri tutaq”tutmaq niyyətindəyik. Fikrimcə, bunu edə bilərik.

Mirbağırağa
 

Xəbər xətti