Türkiyə millisinin məşqində zədə şoku

20:35 - 23 May 2026

Dünya çempionatına hazırlaşan Türkiyə millisinin düşərgəsində zədə şoku yaşanıb.

Sportal.az xəbər verir ki, Kerem Aktürkoğlu zədələnib.  Bu barədə yerli mətbuat məlumat yayıb.

"Fənərbaxça"nın futbolçusu məşq zamanı dizindən zədə alıb. Ağrılar hiss edən 27 yaşlı vinger məşqi davam etdirə bilməyib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Türkiyə millisi 14 iyunda başlayacaq DÇ-2026-nın final mərhələsinin D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Xəbər xətti