"Qarabağ"ın müdafiəçisi Kevin Medina komandanın düşərgəsini tərk edib.
Sportal.az saytına verilən məlumata görə, o, bu gün Misli Premyer Liqasının sonuncu turu çərçivəsində "Sumqayıt"a qarşı keçiriləcək matçda iştirak etməyəcək.
O, Azərbaycandan ayrılıb. Məşqçilər korpusu Medinanın istirahətə daha tez yollanmasına icazə verib.
Amma araşdırmamıza əsasən, kolumbiyalının komandanı birdəfəlik tərk etmək ehtimalı da aşağı deyil. Təcrübəli futbolçu yeni mövsümə “Qarabağ”da deyil, fərqli komandada başlamaq variant da var.
Amma onun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Yaxın vaxtlarda onun komandada qalıb-qalmayacağı dəqiqləşəcək.
33 yaşlı müdafiəçi “Naval”, “Moura”, “Sintrense”, “Pnhalnovense”, “Vizeu”, “Şaviş”(hamısı Portuqaliya) klublarında oynayıb və 2020-ci ildə “Qarabağ”a keçib.
saytlarin hazirlanmasi
