"Arsenal" qolkiper üçün 3 milyon avro alacaq

23:33 - 21 May 2026

"Arsenal" qapıçı Karl Haynı "Verder"ə satıb.

Sportal.az xəbər verir ki, Almaniya klubu ötən yay Estoniya millisinin qapıçısını icarəyə götürmüşdü, indi isə 3 milyon avroluq satınalma bəndini aktivləşdirərək 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Hayn 2025/26 mövsümündə cəmi 2 oyunda meydana çıxıb – "Bavariya"ya qarşı matçda (0:4) və "Sankt_Pauli" ilə oyunda (1:0).

Xəbər xətti