"Trabzonspor" "Beşiktaş"dan icarəyə götürdüyü Ernest Muçi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi albaniyalı futbolçunun transfer hüquqlarına yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş" 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin satışından 8,5 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, "Trabzonspor" Ernest Muçini mövsümün əvvəlində icarəyə götürmüşdü. Albaniya millisinin üzvü Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
