Azərbaycan futbolunda daha bir mövsüm bitmək üzrədir. Xeyli vaxtdan sonra yenə 12 komandalı çempionat izlədik. Çətinliklər oldu. Klubların stadion problemləri, matçları idarə etmək üçün hakim yetərsizliyi və s. Qərarı AFFA-nın İcraiyyə Komitəsi versə də, PFL bütün sıxıntılara rəğmən icranı yaxşı səviyyədə həyata keçirdi.
Düşünmək olar(dı) ki, Premyer Liqa, I və II Liqalar, əvəzedicilər, kubok yarışlarının keçirilməsində ixtisaslaşmış Elxan Səmədov və onun komandasına etimad daha da artacaq. Təəssüf ki, kuluarlarda bunun təm əksi barədə söhbətlər gəzir. PFL-in ləğv ediləcəyi deyilir.
Sportal.az xəbər verir ki, ATV-də yayımlanan "Futbolumuz"da bu mövzuda müzakirələr aparılıb. Verilişin həmin hissəsini təqdim edirik.
saytlarin hazirlanmasi
