"Çelsi" Xabi Alonsonun baş məşqçi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, 44 yaşlı ispaniyalı mütəxəssis London klubu ilə 4 illik - 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, işinə iyulun 1-dən başlayacaq.
2025/26 mövsümündə "Çelsi" iki baş məşqçini, Enzo Mareska və Liam Rosenioru istefaya göndərib. Bundan sonra komandaya müvəqqəti baş məşqçi kimi Kalum MakFarlane rəhbərlik edib. Hazırda “zadəganlar” Premyer Liqada 9-cu yeri tutur.
Keçmişdə "Liverpul", "Real" və "Bavariya" formalarını geyinmiş Alonso məşqçi kimi əvvəlcə Madrid klubunun gənclər komandasında, daha sonra isə "Real Sosyedad B" də çalışıb. O, 2022-2025-ci illərdə "Bayer"ə rəhbərlik edib və komandanı 2023/24 mövsümündə məğlubiyyətsiz şəkildə Almaniya çempionu edib, həmçinin ölkə kuboku və superkubokunu qazanıb.
Alonsonun son iş yeri "Real" olub. O, komandaya 2025-ci ilin iyunundan 2026-cı ilin yanvarına qədər rəhbərlik edib. 34 oyunda 24 qələbə qazanıb, 4 heç-heçə edib və 6 məğlubiyyət yaşayıb.
saytlarin hazirlanmasi
