Mahir Emreli mövsümün sonunda "Kayzerslautern"dən ayrıla bilər.
Sportal.az xəbər verir ki, bu barədə "SÜDWEST24" portalı məlumat yayıb.
Azərbaycanlı hücumçu baş məşqçi Torsten Liberknextin planlarına daxil deyil. Mütəxəssis Mahiri komandada görmək istəmir. II Bundesliqa təmsilçisi yayda 28 yaşlı forvardla yollarını ayırmağı planlaşdırır.
Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində "Kayzerslautern"ə qoşulub. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçdda 2 qol vurub.
saytlarin hazirlanmasi
