Braziliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Karlo Anşelotti ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssislə müqavilənin müddəti uzadılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
66 yaşlı çalışdırıcı ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Karlo Anşelotti 2025-ci ilin 26 may tarixində Braziliya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub.
saytlarin hazirlanmasi
