"Şamaxı"nın legioneri: "İki turdan sonra gələcəyimlə bağlı düşünəcəyik"

13:22 - 14 May 2026

"Şamaxı"nın hücumçusu Kərim Rossi Misli Premyer Liqasının 31-ci turunda "Neftçi"yə 3:0 hesablı məğlubiyyəti şərh edib.

Sportal.az saytına açıqlama verən isveçrəli forvard komandada qalıb-qalmayacağı məsələsinə də aydınlıq gətirib:

"Bu, bizim üçün məyusedici oyun idi. "Neftçi" açıq-aşkar daha güclü idi. Onlar avrokubok uğrunda mübarizə aparırlar. Oyunun gedişində də motivasiyalarını gördünüz. Biz isə Premyer Liqadakı yerimizi qorumaqla mövsüm üçün əsas məqsədimizə çatmışıq. Bu, bizim üçün ən vacib məsələ idi. Amma təbii ki, belə məğlub olmaq istəmirdik. Sona qədər də mübarizə apardıq. Təəssüf ki, uduzduq.

Mənim məsələmə gəldikdə, hələlik heç nə deyə bilmərəm. Mövsümün bitməsinə hələ iki tur qalıb. Hazırda bütün fikrim qalan oyunlarla bağlıdır. Bundan sonra gələcəyim barədə düşünəcəyik".

Mirbağırağa
 

Xəbər xətti