Ukrayna klubuna məxsus olan futbolçu Azərbaycanda qalacaq? - özü açıqladı

11:55 - 12 May 2026

"Sumqayıt"da icarə əsasında çıxış edən Emil Mustafayevin yeni mövsümə də bu klubda başlayıb-başlamayacağı hələ ki dəqiq deyil.

Azərbaycan millisinin də formasını geyinmiş 24 yaşlı futbolçu müqavilə ilə Ukraynanın "Polessye" klubuna məxsusdur. Onun Jitomir təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.  

Mustafayev Sportal.az saytına açıqlamasında "Sumqayıt"da qalmaq ehtimalı haqda və bu klubdakı performansından danışıb: "Mənim üçün öz performansımı dəyərləndirmək çətindir. Həm də doğru olmazdı. Meydandayamsa, komanda üçün ən yaxşısını etməyə çalışıram. Bu, hər zaman mənim üçün belədir. Yaxşı və ya pis olduğunu qoy ekspertlər, jurnalistlər, azarkeşlər desin. Mən sadəcə meydana çıxaraq öz işimi görürəm.

Bəli, "Sumqayıt"la icarə müqaviləm baça çatır. Amma hələ ki heç nə bilmirəm. Bir şey deyə bilməyəcəm. Çünki "Polessye" ilə hələ bir illik müqaviləm var. Baxacağıq, fikirləşəcəyik. Necə olacağını zaman göstərəcək. Hələ ki mövsümün son iki oyununa fokuslanmışam".

Mirbağırağa

Xəbər xətti