İcarə əsasında "Sabah"da çıxış edən Timoteuş Puxaçın karyerasını harada davam etdirəcəyi artıq bəllidir.
Sportal.az xəbər verir ki, polşalı müdafiəçi Azərbaycanda qalacaq. Bu barədə "Meczyki.pl" portalı məlumat yayıb.
Azərbaycan çempionu Puxaç üçün satınalma bəndini işə salacaq. "Sabah" 27 yaşlı futbolçunu bir neçə yüz min avro qarşılığında transfer edəcək. Son vaxtlar təzminat məbləğinin yekun miqdarı ilə bağlı danışıqlar davam edirdi.
Lakin artıq hər şey razılaşdırılıb və yekunlaşıb. Transferin rəsmi şəkildə tamamlanması üçün yalnız imzalar qalır. Polşa millisinin üzvünün Bakı klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.
Puxaç 2025-ci iilin sentyabrından "Sabah"da çıxış edir. Təcrübəli sol cinah müdafiəçisi Masazır təmsilçisinin heyətində 32 qarşılaşmada meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
İndiyədək "Sabah" tarixinində ən bahalı transfer 600 min avroya başa gələn Kahim Parrisdir. Puxaçın transfer məbləğinin bu rekorda çox yaxın olduğu bildirilir.
saytlarin hazirlanmasi
