"Qalatasaray" futbolçusu Renato Nhaqanı icarəyə verməyi planlaşdırır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun “Malmö”, “Samsunspor” və ya “Iğdır”a icarəyə göndərilməsi gündəmdədir.
Qvineya-Bissaudan olan yarımmüdafiəçinin bir mövsümlük bu iki komandadan birinə yollanacağı gözlənilir.
Onun “Qalatasaray”la müqavilə müddəti 2030-cu il iyunun 30-a qədərdir.
“Kasa Pia”nın yetirməsi olan Renato 2026-cı il fevralın 3-də Portuqaliya klubundan “Qalatasaray”a keçib.
