Əslən Azərbaycandan olan İslam İmamov “SKA-Xabarovsk”u tərk edib. Rusiya vətəndaşına sahib qolkiper “Sabah”ın transfer siyahısında olsa da, Azərbaycana gəlişi baş tutmamışdı.
Amma onun yeni komandası artıq bəlli olub. Sportal.az saytına verilən məlumata görə, İmamov “Nijni Novqorod” klubu ilə anlaşıb.
O, başa çatan mövsümü Premyer Liqada keçirən, amma yeni mövsüm I Liqada oynayacaq klubla 2+1 illik müqaviləyə qol çəkib.
25 yaşlı qapıçı “Legion Dinamo”, “Kuban Holdinq” komandalarının futbolçusu olub.
