Cərimə meydançası xaricindən qol vuran ən gənc futbolçu

00:11 - 25 İyun 2026

Kerim Alaybegoviç dünya çempionatları tarixində cərimə meydançası xaricindən vurulan qollar üzrə ən gənc müəllif olub.

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin hücumçusu DÇ-2026-nın 3-cü turunda Qətər millisi ilə oyunda (2:1, ikinci hissə) fərqlənib. O, bu qolu vurarkən 18 yaş 276 günlük olub.

"Salzburg"da çıxış edən Alaybeqoviç bununla da Kilian Mbappenin rekordunu geridə qoyub. Mbappe DÇ-2018-də cərimə meydançası xaricindən qol vuranda 19 yaş 207 günlük idi.

Bu göstəricidə ilk beşlikdə həmçinin Memfis Depay (DÇ-2014, 20 yaş 125 gün), Franz Bekenbauer (DÇ-1966, 20 yaş 317 gün) və Norman Uatsayd (DÇ-1986, 21 yaş 27 gün) yer alırlar.

Alaybeqoviç dünya çempionatları tarixində ən gənc qol müəllifləri siyahısında isə 8-ci pilləyə yüksəlib. Bu rekord 17 yaş 241 günlüyündə qol vuran Peleyə məxsusdur.

Xəbər xətti