Kriştiano Ronaldo Portuqaliya millisinin Özbəkistana qarşı oyununda (3:0,ilk hissə) dubla imza atıb.
Sportal.az xəbər verir ki, 2026 dünya çempionatının qrup mərhələsinin 2-ci turunda keçirilən matçda 41 yaşlı hücumçu 6-cı dəqiqədə Joao Kanselonun ötürməsindən sonra fərqlənib. Bu, Ronaldonun cari mundialdakı ilk qolu olub. Daha sonra 39-cu dəqiqədə dubla imza atıb.
Beləliklə, “Əl-Nəsr”in hücumçusu iştirak etdiyi altı dünya çempionatının hamısında qol vurmağa nail olub. O, 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə keçirilən mundiallarda fərqlənərək futbol tarixində buna nail olan ilk oyunçuya çevrilib.
Qeyd edək ki, Lionel Messi dünya çempionatlarında 5 fərqli turnirdə qol vurub, lakin Ronaldonun 6 mundiallıq rekorduna çata bilməyib.
saytlarin hazirlanmasi
