"Real" futbolçusunu pulsuz buraxmağa razıdır - heç bir təklif yoxdur

00:15 - 22 İyun 2026

Dani Sebalyos “Real"dan müqaviləni qarşılıqlı razılaşma ilə və kompensasiya olmadan ləğv etməyi xahiş edib.

Sportal.az xəbər verir ki, Madrid klubu futbolçunu buraxmağa razıdır, lakin yarımmüdafiəçinin hələlik heç bir klubdan təklifi yoxdur.

Qeyd olunur ki, ayrılmaq təşəbbüsü futbolçunun özündən gəlib. O, baş məşqçi Xose Mourinyo ilə telefon danışığından sonra 2026/27 mövsümündə “Real”da oyun praktikasının çox az olacağını düşünüb.

Sebalyos 30 yaşına yaxınlaşdığı üçün bir il futboldan kənarda qalmaq istəmir və gələcəkdə daha böyük müqavilə imkanı qazanmaq istəyir. Madrid klubunun isə onun başqa komandaya keçməsinə qarşı olmadığı bildirilir.

Hazırda ən real variant kimi “Betis” göstərilsə də, danışıqlarda irəliləyiş yoxdur. Ötən mövsüm isə o, La Liqada 16 oyun keçirib və məhsuldar göstərici qeydə almayıb.

Xəbər xətti