"Messi futbolun Maykl Cordanıdır" - Xavi

23:07 - 21 İyun 2026

Xavi keçmiş komanda yoldaşı Lionel Messi haqqında heyranlığını gizlətməyib və onu basketbol əfsanəsi Maykl Cordanla müqayisə edib.

Sportal.az xəbər verir ki, Xavi bildirib ki, Messi futbol tarixində bənzəri olmayan oyunçudur:

“Mən deməyi xoşlayıram ki, o, futbolun Maykl Cordanıdır. Futbolda onun bənzəri yoxdur. O, uzunömürlülüyü sayəsində keçmişin bütün böyük oyunçularını geridə qoydu. Son 20 ildə ən yaxşı məhz o olub. Hətta indi də meydana çıxır və bunu sübut etməyə davam edir. Onun xarakteri futbol üçün idealdır, bədəni isə sanki bu oyun üçün yaradılıb. Əlcəzairə vurduğu qolları unudun. Onun ümumi oyununa, fiziki durumuna, meydandakı ambisiyasına və qələbə istəyinə baxın. O, bəlkə də heç vaxt təkrarlanmayacaq çempion mentalitetinə malikdir.”

Xavi xüsusilə argentinalının qalib mentalitetini vurğulayıb:

“Onun mentaliteti inanılmazdır. Məğlub olmağa dözə bilmir. Məhz bu xüsusiyyət onu hamıdan fərqləndirir. 16 yaşında olarkən onun qeyri-adi istedada sahib olduğunu anlamışdım. Amma bu səviyyədə bu qədər uzun müddət qalması həqiqətən möhtəşəm nailiyyətdir. Leo ilə eyni dövrdə yaşadığım və onunla birlikdə oynadığım üçün özümü xoşbəxt hesab edirəm. Düşünmürəm ki, biz bir daha onun kimi futbolçu görəcəyik.”

Xəbər xətti