Bundesliqa klubunda argentinalı baş məşqçi

20:38 - 22 İyun 2026

Almaniyanın "Leyptsiq" klubunun yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Martin Demişelis çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Martin Demişelisin son iş yeri İspaniyada "Malyorka" klubu olub.

Xəbər xətti