41 yaşlı müdafiəçinin yeni klubu bəlli oldu

11:33 - 23 İyun 2026

"Portu"dan ayrılan Tiaqo Silvanın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, Braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Silva keçmiş klubu "Fluminense" ilə anlaşıb. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 41 yaşlı futbolçu ilə 2026-cı ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Tiaqo Silva ilin əvvəlində "Fluminense"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Portu"ya keçmişdi. Təcrübəli mərkəz müdafiəçisi "əjdahalar"ın heyətində 14 rəsmi matçda meydana çıxıb və Portuqaliya çempionu olub.

Xəbər xətti