Messidən antirekord - ən çox penalti qaçıran futbolçu

22:04 - 22 İyun 2026

Lionel Messi dünya çempionatları tarixində ən çox qaçırılmış penalti müəllifi kimi antirekord müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, Argentina millisinin hücumçusu 2026 dünya çempionatının qrup mərhələsində Avstriyaya qarşı oyunun ilk hissəsinin əvvəlində təyin olunan penaltini qola çevirə bilməyib. "İnter Mayami" futbolçusu zərbəni aşağıdan vuraraq qapının yanından keçirib.

Beləliklə, Messi dünya çempionatlarında (oyundan sonrakı penalti seriyaları nəzərə alınmadan) üçüncü penalti zərbəsini qaçırıb. O, daha əvvəl 2018-ci il mundialında İslandiyaya, 2022-ci il mundialında isə Polşaya qarşı penaltiləri dəqiq yerinə yetirə bilməmişdi.

Bu göstərici ilə argentinalı futbolçu Asamoah Qyanı geridə qoyaraq bu antirekordun tək sahibi olub. Qyan 2006-cı il dünya çempionatında Çexiyaya, 2010-cu ildə isə Uruqvaya qarşı penalti qaçırmışdı.

Qeyd edək ki, Messi eyni zamanda dünya çempionatları tarixində ən çox penalti yerinə yetirən futbolçu rekorduna da sahibdir.

Xəbər xətti