"Tottenhem"dən italiyalı futbolçuya 75 milyon funt-sterlinqlik təklif - "Nyukasl" rədd etsə də...

00:54 - 21 İyun 2026

"Tottenhem" Sandro Tonalinin transferi üçün "Nyukasl" ilə danışıqlara başlayıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin nümayəndələri hər iki klubun rəhbərliyi ilə təmasdadır və tərəflər mümkün transferin şərtlərini müzakirə edirlər.

"Nyukasl" Tonali üçün təxminən 100 milyon funt-sterlinq tələb edir. Futbolçunun mövcud müqaviləsi 2029-cu ilə qədər qüvvədədir və daha bir mövsüm uzatma opsiyasını da ehtiva edir.

İnsayder Fabritsio Romanonun məlumatına görə, “Tottenhem” daha əvvəl 75 milyon funtluq təklif göndərsə də, bu təklif rədd olunub. Bununla belə, həmin məbləğ danışıqlara başlamaq üçün ilk addım kimi nəzərdə tutulmuşdu.

Bildirilir ki, London klubu transferi başa çatdırmaqda qərarlıdır. Baş məşqçi Roberto De Zerbi Tonalini komandasının əsas transfer hədəflərindən biri hesab edir və onu yeni layihənin vacib parçası kimi görür.

Hazırda əsas məsələ klubların transfer məbləği ilə bağlı razılığa gəlib-gəlməyəcəyidir. “Nyukasl” futbolçunu saxlamaq istəsə də, yüksək məbləğli təklif qarşısında mövqeyini dəyişə bilər.

Xəbər xətti