"Fənərbaxça" braziliyalı müdafiəçi transfer edir

15:57 - 20 İyun 2026

PSV-nin müdafiəçisi Muro Junior karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" braziliyalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Voetbal Internationa" məlumaat yayıb.

İstanbul nəhənginin 27 yaşlı sol cinah müdafiəçisinin transferini yaxın günlərdə açıqlayacağı bildirilir.

Qeyd edək ki, Mauro Junior 2017-ci ilin yayından PSV-də çıxış edir. Təcrübəli futbolçu 2025/26 mövsümündə Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçdaq 1 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti