"Çelsi" portuqaliyalı qapıçı üçün 60 milyon avroluq təklif göndərəcək

12:58 - 19 İyun 2026

"Çelsi"nin baş məşqçisi Xabi Alonso rəhbərlikdən heyətə yeni qapıçı cəlb ollunmasını istəyib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Portu"da çıxış edən Dioqu Koştadır. Bu barədə "Record" nəşri məlumat yayıb.

London təmsilçisi Portuqaliya millisinin üzvü üçün onun klubuna 60 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Dioqu Koşta "Portu"nun yetirməsidir. 26 yaşlı qolkiper 2025/26 mövsümündə "əjdahalar"ın heyətində meydana çıxdığı 49 rəsmi matçda 27 qol buraxıb. O, 26 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti