ÇL: "Sabah" Uels klubunu keçərsə, II mərhələdə bu klublardan biri ilə qarşılaşa bilər

14:19 - 17 İyun 2026

Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında baş tutub.

"Sabah" I mərhələdə TNS-i mübarizədən kənarlaşdırsa, növbəti turda “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab matçları isə iyulun 28-29-da baş tutacaq.

Xəbər xətti