Dünya çempionatında ilk istefa

16:09 - 15 İyun 2026

Dünya çempionatına uğursuz start verən Tunis milli komandasının baş məşqçisi Sabri Lamuşi ilə bağlı qərar verilib.

Sportal.az xəbər verir ki, federasiya fransalı mütəxəssislə yollarını ayırıb. Bu barədə jurnalist Romen Molina məllumat yayıb.

54 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Tnis yığması ötən gün İsveçə 1:5 hesabl ilə uduzub. Afrika təmsilçisi növbəti oyunlarını Yaponiya və Niderlanda qarşı keçirəcək.

Xəbər xətti