"Yuventus"un qapıçısı Mişele Di Qregorio karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikola Skira məlumat yayıb.
İstanbul nəhənginin baş məşqçisi Vinçentso İtalyano həmyerlisini komandasında görmək istəyir. Klubu italiyalı qolkiper üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, "Yuventus" Mişele Di Qreqorionu 2024-cü ilin yayında "Montsa"dan transfer edib. İtaliya millisinin üzvü olan 28 yaşlı "əlcək sahibi" 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda qapısında 36 qol görüb.
saytlarin hazirlanmasi
