Karlos: "Messi 2030-cu ildəki mundialda da oynamağa qadirdir"

10:48 - 11 İyun 2026

"Real" və Braziliya millisinin keçmiş müdafiəçisi Roberto Karlos “İnter Mayami” və Argentina millisinin futbolçusu Lionel Messinin DÇ-2030-da iştirak etmək ehtimalını dilə gətirib.

Sportal.az “Goal”a istinadən xəbər verir ki, braziliyalı əfsanəvi futbolçu Messinin DÇ-2026-da çempion olmaq şanslarından da bəhs edib:

"Messini izləmək əsl zövqdür. Qoy bu andan həzz alsın: bu dünya çempionatı onun üçün sonuncu ola bilər. Amma özünə nə qədər diqqətli yanaşdığını nəzərə alsaq, Messi növbəti mundialda da oynamağa qadirdir. O, uzun müddət oynamağa davam edə bilər".

Qeyd edək ki, Argentina mundialda J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq. 
 

Xəbər xətti