Yeni mövsümdən Çempionlar Liqasında mübarizə aparacaq “Qalatasaray” heyətini gücləndirməyi planlaşdırır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin futbolçusu Kanq-in Li üçün hərəkətə keçib.
"Qalatasaray" cənubi koreyalı 25 yaşlı vingeri icarəyə götürmək istəyir. Artıq klublar arasında danışıqlara start verilib. Linin PSJ ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Cənubi Koreya millisinin üzvü “Valensiya”, “Malyorka”da oynadıqdan sonra 2023-cü ildə PSJ-yə keçib.
saytlarin hazirlanmasi
