Tanzaniya millisinin üzvü Premyer Liqamızda oynaya bilər

19:22 - 26 İyul 2026

Ötən mövsümü “Şamaxı”da keçirmiş Alfons Msanqa klubdan ayrılsa da, yeni mövsümə də Azərbaycanda başlaya bilər. 

Sportal.az saytına verilən məlumata görə, tanzaniyalı futbolçuya Premyer Liqa klublarından təklif var.

Msanqanı heyətinə qatmaq istəyən klublardan biri “Kəpəz”dir.

23 yaşlı futbolçunun karyerasına Azərbaycanda davam etdirmək istəyində olub-olmaması maliyyə şərtlərindən asılıdır. 

O, "Allianse"(Tanzaniya), "Spartak", "Novi Sad"(hər ikisi Serbiya) klublarında oynayıb.


 

Xəbər xətti