"Neftçi" Yunanıstan klubuna qarşı - Çempionlar Liqası

16:25 - 25 İyul 2026

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin final matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" yarımfinalda Monteneqro təmsilçisi "Buduçnost"a penaltilər seriyasında qalib gəlib.

Xəbər xətti