"Araz-Naxçıvan"dan ayrılan müdafiəçi "Kəpəz"də - RƏSMİ

12:22 - 25 İyul 2026

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir transferi rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.

Xəbər xətti