"KuPS" yaxşı rəqibdir, Finlandiyada fərqli futbol oynayacaqlar" - "Sabah"ın forvardı

10:22 - 24 İyul 2026

"Sabah"ın forvardı Coy-Lens Mikkels Sportal.az saytına açıqlama verib. O, komandasının Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "KuPS"la görüşündəki(1:0) qalibiyyətini şərh edib "Bəli, sevindirici haldır ki, qalib gəldik. Ancaq təbii ki, hardasa məyusluğumuz da var. Çünki 4:0 da qalib gələ bilərdik. Doğrudur, sonda istədiyimiz nəticəyə çatdıq, qalib gəldik. Təbii ki, dediyim kimi, daha yaxşı nəticə ilə qalib gələ bilərdik. Qələbə qazanmaq yaxşıdır. Qarşıdakı həftə fərqli oyun olacaq. Səfərdə oynayacağıq. Bu görüşə də ən yaxşı şəkildə hazırlaşacağıq. Səfərdə də uğurlu nəticə qazanmaq niyyətindəyik".

Azərbaycan çempionunun aparıcı üzvü səfərdə keçiriləcək matçdan gözləntiləri haqda isə bunları deyib: "Finlandiyadakı görüşə daha yaxşı hazırlaşacağıq, daha çox məşq edəcəyik, diqqətimizi də oyuna fokuslayacağıq. Ümid edirəm ki, qarşıdakı həftə də hər şey yaxşı alınacaq. Amma "KuPS" asan rəqib deyil. Sadəcə biz onlara qarşı çox yaxşı oynadıq, üstün futbol sərgilədik. Təəssüf ki, daha çox qol vura bilmədik. “KuPS” yaxşı rəqibdir, Finlandiyada fərqli futbol oynayacaqlar. Gələn həftə 100 faiz fərqli olacağına əminəm. Ümidvaram ki, hər şey istədiyimiz kimi olacaq".

Mirbağırağa

Xəbər xətti